Hürrəm “Möhtəşəm Yüzil”dən ayrılmasından danışdı

hurrem-mohtesem-yuzilden-ayrilmasindan-danisdi
Oxunma sayı: 1001

“Qafqazinfo”nun məlumatına görə, Berlində “tükənmişlik sindromu” diaqnozu ilə müalicə olunduğu deyilən aktrisa atdığı gözlənilməz addımla bağlı ilk dəfə tvitter hesabına yazıb:

“Əziz dostlar, ilk olaraq üzr istəyirəm, daha əvvəl deyil, indi yazdığım üçün. Bu gün ilk dəfə bir az daha yaxşıyam...

Can yanımda və onunla özümü daha yaxşı hiss edirəm. Onunla birgə hava almaq, gəzmək, mənim üçün böyük bir hədiyyədir. Bütün arzularınız üçün təşəkkür edirəm. Bu mənə çox yardım etdi və olur. Sizə sonsuz sevgilərimi göndərirəm. Bir çox insan nə olduğunu bilmədən, məni ittiham etmədən, lakin məni hiss edərək, qəlbimi tanıyaraq bura yazdı və məni o qədər sevindirdilər ki...

Bu bir dönəmdir. İnsanıq. Güclənərək çıxaram inşallah. Almaniyada ən yaxşı psixiatrist professorlardan müalicə alıram. Ümid edirəm ki, ən qısa vaxtda ayağa qalxaram. Bu an tək hiss etdiyim şey həyatda olmağım”.