Hürrəm Sultan Məhəmməd peyğəmbərə görə üzr istədi

hurrem-sultan-mehemmed-peygembere-gore-uzr-istedi
Oxunma sayı: 4062



“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər zaman “İnstagram” və “Twitter”də yazdığı  mesajlarla izləyicilərinin sevgisini qazanan aktrisa bu dəfə yazdığı sevgi mesajı ilə tənqid obyektinə çevrilib. “Məhəmməd müsəlman deyildi, Buda Buddist deyildi. Onlar sevgini öyrədən müəllimlərdi. Onların dini sevgiydi” statusu təqibçilərini qəzəbləndirib. 

Aktrisaya əsəbiləşən izləyicilər “Boş-boş danışma”, Sevgi sözü yazacam deyə həddini aşdın” kimi şərhlər yazaraq Uzerlini tənqid ediblər. Tənqidlərə davam gətirməyəm Uzərli çıxış yolunu üzr istməkdə görüb.

“Əgər sizi incitdimsə, üzr istəyirəm. Mən paylaşdığım mesajla sevgi göndərmək istədim, bundan hadisə yaratmaq lazım deyil. İnsanların çoxu məni səhv başa düşdü. Bunu istəməzdim. Allaha çox inanıram və hörmət etməyi sevirəm. Hər kəsə qarşı hörmətim sonsuzdur, sevgilərlə...”.