“Hürriyet” Ərdoğanın adından açıqlama yaydı - Ölkə qarışdı

hurriyet-erdoganin-adindan-aciqlama-yaydi
Oxunma sayı: 1714

 “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, şəhid xəbərindən dərhal sonra “Hürriyet” Ərdoğanın adından “400 millət vəkili seçilsəydi, bunlar baş verməzdi” açıqlamasını yayıb. 

Sualları cavablandırmaq üçün canlı yayıma çıxan Ərdoğan isə “400 millət vəkili” açıqlamasını baş verən faciə ilə əlaqəli söyləmədiyini və bunun provakasiya olduğunu bildirib:

“Bu, əxlaqsızlığın ən pik nöqtəsidir. Bunların xaraktersizliyini ortaya qoydu. Bir də utanmadan mənə məktub göndərirlər. Doğan qrup mənə məktub göndərib  və “heç bir zaman sizə yanlışlıq etmədik” deyir. Dərhal manevr edirlər, “paralel”in başındakılar da eyni şeyi edirlər. Bu adilikdir. Hürriyet qəzeti bu xəbəri sosial mediada paylaşıb, sonra da çıxardı, çünki yalançının şamı axşama qədər yanar”.

Onun sözlərinə görə,  həmin açıqlamasında bildirmişdi ki, əgər 400 millət vəkilini ala biləcək və ya konstitusiyanı dəyişdirə biləcək sayı bir siyasi partiya əldə etmiş olsaydı, vəziyyət bu gün daha fərqli ola bilərdi. 

Qeyd edək ki, Ərdoğanın bu açıqlamasından sonra bir qrup etirazçı Hürriyetin redaksiyasına hücum edib  və AKP, Ərdoğan lehinə şüarlar səsləndirib. 

Hürriyet isə prezidentin cavabından sonra xəbəri saytdan  və sosial mediadan silib. 

“Qafqazinfo”