“Hürriyet”i daşlayan 9 nəfər tutuldu

hurriyeti-daslayan-9-nefer-tutuldu
Oxunma sayı: 1008


Türkiyədə “Hürriyet” qəzetinin ofisinə hücum edən şəxslərin həbsləri başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Bağçılar İlçə Təhlükəsizlik Müdirliyi ilə Təhlükəsizlik və Terrorla Mübarizə Şöbəsinin məlumatına görə, qəzet binası önündəki aksiya ilə əlaqədar başladılan istintaq davam etdirilir.

Bu çərçivədə redaksiya binasına zərər verən 9 nəfər tutulub.

Qeyd edək ki, ötən gün qəzetin ofisi önündə etiraz aksiyası keçirilmiş, dezo informasiyaların yayımın dayandırılması tələb olunmuşdu. Hadisə zamanı redaksiya binasının pəncərələri daşlanaraq sındırılmışdı.