Hayderson Hurtado Palomino “Turan Tovuz” klubuna transfer olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, 29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, peşəkar karyerasına Braziliyada başlayan kolumbiyalı futbolçu karyerası ərzində Braziliyanın “Genus”, “İtarare”, “Azuriz”, “Parana”, Slovakiyanın “Sered”, “Skalitsa” klublarının şərəfini qoruyub. Hayderson Hurtado son olaraq Çexiya “Yablonets”inin formasını geyinib.