Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov yanvarın 29-da Saatlı rayonunda ictimaiyyət nümayəndələri və fəallarla görüşüb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Bildirilib ki, ölkə prezidentinin regionların sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində respublikada, o cümlədən Saatlıda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılıb, yeni iş yerləri açılıb.
Açıq dialoq şəraitində keçən görüşdə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov çıxışında bildirib ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən əsası qoyulmuş və prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, ölkənin inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti nəticəsində ciddi uğurlar qazanılıb. Bu uğurların təməlində düşünülmüş siyasət, sabitlik, iqtisadi islahatlar dayanır. Yəni indiyə qədər ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində ölkədə siyasi sabitlik, güclü iqtisadi potensial yaradılıb.
H. Bağırov nazirlik tərəfindən rayonda görülmüş işlərə də toxunub. Bildirilib ki, rayon əhalisinin ekoloji cəhətdən sağlam mühitə malik olması üçün bir sira tədbirlər görülüb, o cümlədən ölkə başçısının tapşırığına əsasən əksər kəndlər sutəmizləyici qurğularla təhciz edilib, geniş miqyasda yaşıllıq sahələri salınıb.
Növbəti 2 il ərzində isə bölgənin daha 30 kəndində sutəmizləyici qurğuların quraşdırılacağı rayon ictimaiyyətinin diqqətinə çartdırılıb. Eyni zamanda H.Bağırov yeni iş yerlərinin açılması məqsədilə Saatlı rayonunda yerli şəraitə uyğun ağac cinslərinin yetişdirilməsi üçün tinglik təsərrüfatlarının yaradılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıq verib.
Son xəbərlər
Son Xəbərlər