Hüseyn Bağırovu yoxladılar - - tədbir görüləcək

huseyn-bagirovu-yoxladilar-
Oxunma sayı: 2326


“Qafqazinfo” xəbər verir ki, iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatının saxlanılmasına və Nazirliyin Meşələrin İnkişafı Departamentinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib (nəticələr detallı şəkildə açıqlanmır).

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisinə təqdim olunması qərara alınıb.

Eyni zamanda, dövlət büdcəsinin "Səhiyyə" bölməsi üzrə "Azərbaycan Dəmir Yolları" QSC-nin həkim-sanitar xidmətinə, dövlət əsaslı vəsait qoyuluşundan Neftçala Rayon İcra Hakimiyyətinə, dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə Sumqayıt şəhərində məktəbəqədər təhsil müəssisələrinə ayrılan vəsaitlərin istifadəsinə, həmçinin Azərbaycan Respublikasının İspaniya Krallığında səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının hesablanılmasına dair Audit proqramları müzakirə edilərək təsdiq olunub.