Hüseyn Cavid prospektindəki yeni keçid açıldı - Fotolar

huseyn-cavid-prospektindeki-yeni-kecid-acildi
Oxunma sayı: 1520

Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, yeraltı piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilib.

“Azəravtoyol” ASC-nin “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57.1 metrdir. 

Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib.