Azərbaycan Dövlət Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun xatirə gecəsi keçirilib.
"Qafqazinfo" xəbər verir ki, tədbirdə görkəmli teatr və kino aktyoru Hüseynağa Sadıqovun həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub.
Daha sonra ölkənin tanınmış mədəniyyət xadimlərinin iştirak etdiyi xatirə gecəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, Xalq artistləri Yasin Qarayev, Həmidə Ömərova, Ağaxan Salmanlı, Əməkdar artist Almaz Mustafayeva, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov çıxış edərək bənzərsiz səsə və xarakterik sifət cizgilərinə malik olan Hüseynağa Sadıqovun həyat və yaradıcılığı haqqında danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Tədbir boyu H. Sadıqovun rol aldığı tamaşa və filmlərdən epizodlar nümayiş olunub. Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları – Əməkdar artistlər Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev və Hüseyn Əlilinin ifaları gecəyə xüsusi rəng qatıb.
Son xəbərlər
Son Xəbərlər