Hüseynin 2 milyona yaxın qiyməti olan yeni mənzili - Fotolar

huseynin-2-milyona-yaxin-qiymeti-olan-yeni-menzili
Oxunma sayı: 7560

Rusiyada yaşayan məşhur azərbaycanlı videobloqer Hüseyn Həsənov yeni daşınmaz əmlak alıb.

“Qafqazinfo” “StarHit” nəşrinə istinadən xəbər verir ki, onun 130 kv.m-lik mənzili Rusiya paytaxtının Moskva-Siti biznes rayonunda premium-klass yaşayış kompleksində yerləşir.

Mənzil bloqerə 1 milyon dollara (1,7 milyon AZN) başa gəlib. Evin infrastrukturu unikallığı ilə seçilir: üçüncü mərtəbədə şəxsi parkinq zonası, istənilən mövsümdə açıq olan isitmə sistemi ilə təchiz edilmiş hovuz yerləşir.

Mənzilin dizaynı hələlik olduğu kimi saxlanılıb – taxtaya bənzər laminat döşəmə, “whitebox” işıqlı divarlar, kiçik çilçıraqları olan tavan, iki sanitar qovşağı, həmçinin bar və bütün qarnituru olan mətbəx: şkaflar, soyuducu, qabyuyan maşın və santexnika.

Lakin H. Həsənov bununla kifayətlənməyi düşünmür. Hazırda onun arzusunda olduğu dizayn hazırlanır. Bloqer özü və yaxınları üçün işıq və yaşıllığı çox olan ekoloji məkan yaratmaq istəyir.

Təmirin ona hansı məbləğə başa gələcəyi hələlik məlum deyil.