2019-cu ilin martında görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin (Hüseynqulu Məlik oğlu Rzayevin) anadan olmasının 140 illiyi tamam olur.
“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə Prezident İlham Əliyev Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Mədəniyyət Nazirliyinə görkəmli sənətkarın 140 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Son xəbərlər
Son Xəbərlər