Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər raket və dronlardan istifadə edərək İsrailin paytaxtı Təl-Əviv və Eylat şəhərindəki hədəflərə hücum ediblər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda hərəkatın hərbi nümayəndəsi Yəhya Səria açıqlama verib.
O bildirib ki, silahlı qüvvələr iki hərbi əməliyyat keçirib. Birincidə onlar iki raket ataraq paytaxtda İsrailin iki hərbi hədəfini vurub.
Husilər, həmçinin “Jaffa” və “Səməd-4” pilotsuz uçuş aparatlarından istifadə edərək Təl-Əviv və Eylatdakı hədəflərə hücum ediblər.