Hüsniyə AzTV-dən getdi, yerinə Aydan gəldi

husniye-aztv-den-getdi-yerine-aydan-geldi
Oxunma sayı: 4145

Aktrisa Aydan Axundzadə aparıcı kimi Azərbaycan Televiziyasında işə düzəlib. “Qafqazinfo” xəbər verir ki, o, bu barədə instaqram səhifəsində məlumat verib.

Aydan “1AzTV” proqramı ilə tamaşaçı qarşısına çıxıb. Onun ilk efiri 7 mart tarixində baş tutub.

“Rəsmiyyəti bir kənara qoyub etiraf etməliyəm ki, ilk efir olduğu üçün çox həyəcanlı idim və dilim dolaşırdı (məndən çıxmayan iş). Amma elə gözəl komandayla çalışdım ki, həyəcanıma görə məyus olmağıma imkan vermədilər”, - deyə Aydan bildirib.

Qeyd edək ki, bundan əvvəl sözügedən verilişin aparıcısı olan Hüsniyə Məhərrəmova 10 gündür AzTV ilə yollarını ayırıb.