Hüsniyyə Mürvətovaya ağır itki

husniyye-murvetovaya-agir-itki
Oxunma sayı: 2528

Bakı Bələdiyyə Teatrının aktrisası, Əməkdar artist Hüsniyyə Mürvətovanın atası Vaqif Mürvətov dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisa instaqramda bildirib.

Atasının arxiv videosunu paylaşan Mürvətova bunları yazıb:

“Sinəsi sözlü atam. Ürəyi dolu atam. Qeyrətli atam. Elinə, obasına, dostuna yanan atam. Məclislərin yaraşığı atam. Hörmətli atam. Atam, can atam. Sənə mən qurban, atam”.