Hüsnü Mübarək azadlıqda

husnu-mubarek-azadliqda-
Oxunma sayı: 2652

Misirin sabiq prezidenti Hüsnü Mübarək azadlığa çıxıb.

Qafqazinfo”nun İhlas Agentliyinə istinadən məlumatına görə, o, Qahirənin Maadi rayonundakı hərbi hospitalda müalicə alırdı. Eks-dövlət başçısı oranı tərk edərək evinə qayıdıb.

Qeyd edək ki, Kassasiya Məhkəməsi sabiq prezidentin nümayişçilərin ölümündə günahının olmadığı barədə qərar verib, Baş Prokurorluq isə bu qərarı dəstəkləyib.