Hüsnü Mübarək vəfat etdi

husnu-mubarek-vefat-etdi
Oxunma sayı: 4511

Misirin sabiq Prezidenti Hüsnü Mübarək dünyasını dəyişib.

“Qafqazinfo”nun “İzvestiya” nəşrinə istinadən məlumatına görə, o, 92 yaşında Qahirədə Əl-Qaala hərbi hospitalında vəfat edib.

Keçmiş rəhbərin ölümünə səbəb uzun sürən xəstəlik olub.

Bu məqamda bildirək ki, KİV-də illər öncə də Hüsnü Mübarəkin öldüyünə dair məlumat yayılsa da, xəbər rəsmi təsdiqini tapmamışdı.

Xatırladaq ki, Mübarək 30 il - 1981-ci ildən 2011-ci ilə qədər Misirin Prezidenti olub. Əhalinin kütləvi etirazlarından sonra istefa verib.

***

Misir dövlət televiziyası eks-dövlət başçısının ölümü barədə məlumat yayaraq xəbəri təsdiqləyib.