Hüsnü Mübarəkin ölüm səbəbi açıqlandı

husnu-mubarekin-olum-sebebi-aciqlandi
Oxunma sayı: 3192

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin ölümünə səbəb xroniki böyrək çatışmazlığı olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “el-Watan” qəzeti yazıb.

“Ölüm səbəbi: xroniki böyrək çatışmazlığı”, - qəzetin dərc etdiyi sənəddə deyilir. Sənəddə, həmçinin eks-prezidentin adı, yaşı və vəfat tarixi - 25 fevral qeyd edilib. 

Xatırladaq ki, Mübarək fevralın 25-də 91 yaşında Qahirədə Əl-Qaala hərbi hospitalında vəfat edib. Mübarək 30 il - 1981-ci ildən 2011-ci ilə qədər Misirin Prezidenti olub. Əhalinin kütləvi etirazlarından sonra istefa verib.