“Hyundai” aşdı, sərnişin öldü

hyundai-asdi-sernisin-oldu
Oxunma sayı: 2067

Fevralın 2-də saat 2 radələrində Zaqatala rayonunun Suvagil kəndi ərazisində Danaçı kənd sakini İsa Nuhiyev idarə etdiyi “Hyundai” markalı avtomobili idarə edərkən onu aşırıb.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, nəticədə avtomobildəki sərnişin Balakən rayon sakini Abdulla Mamiyev hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.