“Hyundai” dirəyə çırpıldı - Ölən var

hyundai-direye-cirpildi
Oxunma sayı: 2130

Bakı şəhərinin Xəzər rayonunda “Hyundai” markalı minik avtomobili işıq dirəyinə çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan 1996-cı il təvəllüdlü  Əliyev Əli Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.