“Hyundai” evakuatora çırpıldı

hyundai-evakuatora-cirpildi
Oxunma sayı: 1130

Bakı şəhərinin Xətai rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarında dayanan evakuatora çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.