“Hyundai İ20” mopedlə toqquşdu - Sürücü öldü

hyundai-i20-mopedle-toqqusdu
Oxunma sayı: 3047

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi Natavan küçəsində “Hyundai İ20” markalı minik avtomobili ilə moped toqquşub.

Nəticədə mopedin sürücüsü Fərrux Fəttayev başından ağır xəsarət alıb.

Kliniki Tibbi Mərkəzə yerləşdirilən F.Fəttayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.