“Hyundai” və “Niva” toqquşdu - 4 yaralı+Yenilənib

“Hyundai” və “Niva” toqquşdu
Oxunma sayı: 781

Oğuzda baş verən qəzada 4 nəfər xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində dörd nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Xəsarət alanların adları məlum olub: 

Zaqatala rayon sakinləri-88 yaşlı Çiçək Məhərrəmova, 55 yaşlı İradə Məhərrəmova, 24 yaşlı Günel Kazımova və Şəki sakini 52 yaşlı Əsli Məmmədova.

“Niva”da olan şəxs -Zaqatala rayon sakini, 1965-ci il təvəllüdlü Oruc Ramazan oğlu Məhərrəmov.

Mübariz Muradov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi