Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalar zamanı V.Musayevin 10 aprel 2014-cü ildən 7 yanvar 2015-ci il tarixədək qeyd olunan şirkətin xəzinədarı vəzifəsində işləyərkən satışdan əldə edilən pulları kassaya mədaxildən yayındırıb.
Bu yolla ona etibar edilən cəmiyyətə məxsus 91 min 200 manat məbləğində pul vəsaitlərini mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fatla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər