“Hyundai”ı aşırdı, sərnişini öldü

hyundaii-asirdi-sernisini-oldu
Oxunma sayı: 2441

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza noyabrın 16-da saat 14 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini R.Heydərov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sərnişinlərindən Abşeron rayon sakini Ramil Sarıyev hadisə yerində ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib. 

Xəzər RPİ tərəfindən araşdırma aparılır.