“Hyundai”ın vurduğu adam öldü -Kriminal xəbərlər

hyundaiin-vurdugu-adam-oldu-kriminal-xeberler
Oxunma sayı: 652

İyunun 19-u saat 23:30 radələrində, “Meyvəli” ticarət mərkəzində Yardımlı rayon sakinləri Raqib İsgəndərov və əvvəllər məhkum olunmuş Raqil Abdullayev Bakı şəhər sakini Məcid Məmişovun əlindən mobil telefonu və 40 manatını alıb qaçdığına görə Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

İyunun 20-i saat 10 radələrində, H.Əliyev prospektində Bakı şəhər sakinləri Elşad Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə İmmi Bağırovanı vurub və o, KTM-də ölübr.

İyunun 20-nə keçən gecə Xətai rayonu G.Mehmandarov küçəsində yaşayan Elman Əliyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Avtomobili qaçıran Naxçıvan şəhər sakini Vətən Vəliyev iyunun 20-si saat 03 radələrində Suraxanı RPİ PPXB-nin əməkdaşları tərəfindən Hövsan qəsəbəsi dəniz kənarında avtomobillə birlikdə yaxalanaraq ərazi üzrə 30-cu PB-yə təhvil verilib.