“Hyundai”la 3 yaşlı uşağı vurub öldürdü

hyundaila-3-yasli-usagi-vurub-oldurdu
Oxunma sayı: 2128

Lənkəran rayonunun Digah kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza aprelin 18-də saat 8 radələrində qeydə alınıb. 

Göyşaban kənd sakini M.Əlizadə idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini 3 yaşlı Amili vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.