Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər mərkəzində qeydə alınıb.
Belə ki, “Hyundai” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Əraziyə polis əməkdaşları cəlb olunub.
***
Qəza zamanı “Mercedes”in sürücüsü Ətulla Fətəliyev və “Hyundai”ın sərnişini, 2001-ci il təvəllüdlü Miriyev Əli Anar oğlu müxtələf dərəcəli bədən xəsarətləri alıb. Həkimlər onların səhhətini qənaətbəxş qiymətləndirir.
“Hyundai” markalı avtomobili isə Nurullazadə Murad İqbal oğlu idarə edib.
Surxay Şahbazov



Son xəbərlər
Son Xəbərlər