“Hyundai”la “Oka” toqquşub, ölən var

hyundaila-oka-toqqusub-olen-var
Oxunma sayı: 3148

Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza mayın 14-də saat 19 radələrində qeydə alınıb. 

Bakı şəhər sakinləri Q.Nəhmətovun idarə etdiyi “Hyundai” və Şövkət Sofinin idarə etdiyi “Oka” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ş.Sofin mayın 15-də ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.