“Hyundai”la piyadanı vurub öldürdü

hyundaila-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1117

Bu gün saat 3 radələrində Hacıqabul rayonunun Muğanlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, Bakı şəhər sakini E.Valiulin idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Elman Kazımovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.