“Hyundai”la piyadanı vurub öldürdü, qaçdı

hyundaila-piyadani-vurub-oldurdu-qacdi
Oxunma sayı: 806

Aprelin 6-da saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən Masazır qəsəbə sakini Faiq Həsənov müəyyən edilməmiş avtomobillə vurulub və hadisə yerində ölüb.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Xırdalan şəhər sakini M.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.