“Hyundai”la toqquşub idarənin işçilərini vurdu, 1 ölü, 3 yaralı - Fotolar+Yenilənib

hyundaila-toqqusub-idarenin-iscilerini-vurdu-1-olu-3-yarali
Oxunma sayı: 3519

Mingəçevir şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” nun məlumatına görə, “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. Zərbənin gücündən “Mercedes” yol kənarında xidmət edən Yaşıllaşdırma İdarəsinin əməkdaşlarını vurub. Nəticədə, 1 qadın vəfat edib, 3 nəfər isə xəsarət alıb.

Hazırda yaralı şəxslər şəhər xəstəxanasına çatdırılıb.

***

Mingəçevirdə baş verən qəzada 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Qəzada ölən 1963-cü il təvəllüdlü Abbasova Təzəgül Musa qızıdır. 

Xəsarət alanlar isə aşağıdakılardır:

1971-ci il təvəllüdlü Əsgərova Rəmziyyə Cabir qızı
1998-ci il təvəllüdlü Xudiyev Elgiz Tahir oğlu
1975-ci il təvəllüdlü Kərimova Xalidə Mircavad qızı
1987-ci il təvəllüdlü Məmmədova Aytən Sarvan qızı
1965-ci il təvəllüdlü Abbasova Roza Müseyb qızı
1982-ci il təvəllüdlü Ağayev Kamil Ağabəy oğlu
 
Onlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib. Bir nəfər isə yardım göstərilərək evə buraxıllıb.

Elmar Əli

Tural Hüseynli