“Hyundai”la “Traktor” toqquşdu, ölən var

hyundaila-traktor-toqqusdu-olen-var
Oxunma sayı: 995

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə dünən gecə saatlarında rayonun Qazıqumlaq kəndindən qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini Fikrət Səlimovun idarə etdiyi “Hyundai” markalı minik avtomobili hərəkətdə olan zaman qarşısındakı “Traktor”un qoşqusuna çırpılıb.

Nəticədə minik avtomobilinin sərnişini Ağdam rayon sakini İradə Əliyeva hadisə yerində ölüb. Sürücü F.Səlimov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli