Hyustonun qızı ilə bağlı yeni xəbər

hyustonun-qizi-ile-bagli-yeni-xeber-
Oxunma sayı: 2632


Bir müddət əvvəl vanna otağında huşunu itirmiş halda aşkarlanan 21 yaşlı qız xəstəxanaya gətirilmiş və həkimlər onu koma vəziyyətinə salmışdılar. Bu ərəfədə belə xəbər yayılmışdı ki, Braunun ailəsi onun fevralın 11-də, anası Uitni Hyustonun vəfatının ildönümündə süni həyat aparatından ayrılmasına razılıq veriblər.

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, Bobbinin doğmaları bu xəbərin həqiqətə əsla uyğun olmadığını bildirirlər.

Reuters agentliyinin yaydığı məlumata görə, Bobbi Kristinanın aldığı zədələr üzrə açılmış cinayət işinin istintaqı davam edir. Hüquq mühafizə orqanları Bobbinin əri Nik Qordonun bu hadisə ilə bağlılığını araşdırırlar. Bəzi məlumatlara görə, cütlüyün evində narkotik vasitələr tapılıb.

Bobbi Kristinanın doğmaları onun vəziyyətində müsbət dinamika yarandığını qeyd edirlər. Qızın xalası Leola Braun yerli Fox5 Atlanta telekanalına deyib ki, Bobbi gözlərini açır. Onun vəziyyətinin yaxşılığa doğru dəyişdiyini təsdiqləyən digər əlamətlər də var.