"Qafqazinfo"ya nazirlikdən daxil olan məlumata görə, təlim-konfransda Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri, jurnalistika fakültəsinin tələbələri iştirak edəcək.
Konfransda media və təhsil əlaqələri, təhsilin keyfiyyəti və KİV, ictimaiyyətlə əlaqələr (PR) üzrə peşəkar vərdişlərin yaradılması ilə bağlı təqdimatların dinlənilməsi və təlimlərin keçirilməsi nəzərdə tutulur. İştirakçılar informasiya kampaniyaların keçirilməsi, press relizlərin yazılması, sosial qruplarla iş və digər mövzularda öz bilik və bacarıqlarını artıracaqlar.
Təlim-konfransda uğur qazanmış iştirakçılara sertifikatlar veriləcək.
Qeyd edək ki, bu təlim-konfrans Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca üçüncü konfransdır.