I ixtisas qrupunda informatika fənni üzrə - Yenilik

i-ixtisas-qrupunda-informatika-fenni-uzre
Oxunma sayı: 1794

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatika yönümlü ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, mərkəz tərəfindən yaradılmış işçi qrupu informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramını hazırlayıb.

Proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilmiş mövzular daxil edilib.

2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.

Qəbul proqramı ilə verilmiş keçidlərdən (Azərbaycan və rus dillərində) tanış olmaq mümkündür.