I Qarabağ müharibəsi şəhidi Biləsuvarda dəfn olundu - Fotolar

i-qarabag-muharibesi-sehidi-bilesuvarda-defn-olundu
Oxunma sayı: 2751

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elbrus İsaq oğlu İsaqovun meyitinin qalıqları Biləsuvar rayonunda torpağa tapşırılıb.

“Qafqazinfo” xəbər verir ki, 1 saylı Cəbrayıl qəsəbəsində şəhidlə vida mərasimi keçirilib.

Mərasimdə şəhidin valideynləri, rayon İcra Hakimiyyəti təmsilçiləri, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra şəhid qəsəbədəki Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Elbrus İsaq oğlu İsaqov 1966-cı ilin avqustun 23-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. O, 1994-cü ilin fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb. Sonradan mərhumun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edildiyi müəyyənləşib.

Surxay Şahbazov