“I Qarabağ müharibəsi şəhidlərinin ailələrinə də güzəştlər edilməlidir”

i-qarabag-muharibesi-sehidlerinin-ailelerine-de-guzestler-edilmelidir
Oxunma sayı: 1655

“Təkcə II Qarabağ müharibəsi şəhidlərinin ailələrinə deyil, I Qarabağ müharibəsində şəhid olanların da ailələrinə güzəştlər edilməlidir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentdə çıxışında deyib. 

O bildirib ki, ölkədə I Qarabağ müharibəsindən kifayət qədər şəhid və qazilər var: “Biz onların təlabatını hələ ödəyə bilməmişik. Məsələn, I Qarabağ müharibəsindən Qubada şəhidlərin sayı daha çoxdur. Onlara da bu güzəştlər şamil edilməlidir”. 

Günel Türksoy