I qrup əlil yanan evdən belə xilas edildi - Video

I qrup əlil yanan evdən belə xilas edildi
Oxunma sayı: 1334

Lənkəran şəhərinin Şəhidlər xiyabanı küçəsində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Bağırova Fazilə Bilal qızına məxsus ümumi sahəsi 96kv.m olan 1 mərtəbəli 4 otaqlı evdə baş verdiyi və yanğın başlamış otaqda yataq xəstəsi olan vətəndaşın həyatı üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.

Yanğınsöndürənlər yanğına çevik müdaxilə edərək yayılmasına imkan vermədən yanğını qısa müddətdə söndürüb və ev sahibinin həyat yoldaşı yataqda olan I qrup əlil 1964-cü il təvəllüdlü Bağırov Ədalət Nəhmət oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Yanğın zamanı 4 otaqlı evin 1 otağında 1 ədəd xalça qismən yanıb, ev yanğından mühafizə olunub.