I qrup əlillərə müavinət verilməlidir

i-qrup-elillere-muavinet-verilmelidir
Oxunma sayı: 880

“Qafqazinfo”nun verdiyi xəbərə görə, millət vəkili Qənirə Paşayeva parlamentdə bu təkliflə çıxış edib. Q. Paşayeva bildirib ki, bu gün yüzlərlə ailə dövlət qurumlarına və parlamentə müraciət edərək bu məsələnin öz həllini tapmasını istəyirlər: “I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlara qulluğa görə müavinətlərin verilməsi həmin ailələrə göstərilən ən böyük dəstək olardı. Çünki həmin ailələrin bir çoxu ciddi maddi problemləri var və ailədə I qrup əlil və ya sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq olduğu üçün bir çox hallarda işləyə də bilmirlər. Hər kəs bilir ki, bu cür xəstələrə qulluq etmək və onları qısa zaman ərzində olsa belə nəzarətdən kənarda qoymaq çox çətindir. Ona görə də I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluğa görə müavinətlər verilməlidir və bu, dövlətin imkansız ailələrə qayğısı istiqamətində növbəti önəmli bir addım olardı”.

Millət vəkili bunun üçün sosial müavinətlər haqqında qanunun 4.01-ci maddəsinə əlavələr edilərək "I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara müavinətin nəzərdə tutulmasını" təklif edib və parlamentin bu məsələdə fəal rol oynamağa çağırıb.