I qrupun rekordçuları hansı ali məktəbi seçəcək?

i-qrupun-rekordculari-hansi-ali-mektebi-sececek
Oxunma sayı: 3502

Xəbər verdiyimiz kimi, I ixtisas qrupu üzrə yalnız 1 nəfər – Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev imtahanda 400 bal olmaqla, hər iki mərhələnin cəminə görə maksimal olan 700 balı toplayıb. 

“Qafqazinfo” xəbər verir ki, ikinci ən yüksək nəticəni isə 697 balla Bakı şəhəri, Binəqədi rayonu 297 saylı orta məktəbin məzunu Nahid Nuri göstərib. Onların hər ikisi də imtahanın I mərhələsində maksimal 300 bal toplayıblar. 

Yüksək bal toplayan hər iki abituriyent Bakı Ali Neft Məktəbini (BANM) seçməyi planlaşdırır. 

Hüseyn Abdullayev BANM-in İnformasiya təhlükəsizliyi və Proseslərin avtomatlaşdırılması ixtisasları arasında seçim etməyi nəzərdə tutub. Nahid Nuri isə İnformasiya təhlükəsizliyi ixtisasını seçmək niyyətindədir.