I sinfə qəbul üçün məktəb seçiminə start verilir

i-sinfe-qebul-ucun-mekteb-secimine-start-verilir
Oxunma sayı: 1456

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu başlayır.

Təhsil Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, elektron qeydiyyatdan keçmiş valideynlər bu gün saat 11:00-dan etibarən məktəb seçimini www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirə bilərlər.

Qeyd edək ki, birinci sinfə qəbul prosesi 14 sentyabr 2020-ci il tarixədək davam edəcək. Elektron qeydiyyat zamanı çətinlik çəkən valideynlər müvafiq Alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.