I sinfə qəbulla bağlı 25 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərəcək

i-sinfe-qebulla-bagli-25-alternativ-qeydiyyat-merkezi-fealiyyet-gosterecek
Oxunma sayı: 1045

“Bakı şəhərində internetə çıxışı olmayan vətəndaşlar üçün 25 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərəcək. Hər rayon üzrə 2 və 3 belə mərkəz ayrılıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Namiq Ağayev birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə bildirib. 

Onun sözlərinə görə, qeydiyyat mərkəzləri həm ənənəvi, həm də onlayn formada təşkil olunacaq. Həmçinin 4 votsap nömrəsinə müraciətlər qəbul olunacaq və idarədə həmin müraciətlər operativ şəkildə cavablandırılacaq. Bu gün ictimaiyyətə tam dəqiq ünvanlar bildiriləcək”. 

Gülnar Əliyeva