“Siyasət çox dərin bir mövzudur. Mən də uşaqlığımdan bəri siyasətlə yaxından maraqlanıram. Atam başqa partiyadan namizəd olan zaman mən AK partiya üçün dəli olurdum. Partiyanın “Gənclik Qolları”nda idim. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dik duruşu mənə çox təsir edir. Ona heyranam. Karizması və dünyaya təsir edən rəftarıyla ondan təsirlənməmək mümkün deyil. Siyasəti onun sayəsində çox sevdim”.
İdo “Atanız millət vəkili namizədi ola bilmədi, kədərləndinizmi?” sualına da cavab verib:
“Namizəd olmadığı üçün kədərlənmədim. Özünün də kədərləndiyini düşünmürəm. Namizəd olaraq göstərilməməsinin sağlamlıq vəziyyətiylə əlaqəsi yoxdur. Yəqin, bir bildikləri vardır. Bəlkə, yormaq istəmədilər. Amma atam çox yaxşıdı. Allaha şükür hər şey çox yaxşı gedir . Əgər namizəd olsaydı, Urfadan çox səs toplayardı”.
Könül
Son xəbərlər
Son Xəbərlər