İbrahim Əhmədova yeni vəzifə verildi

ibrahim-ehmedova-yeni-vezife-verildi
Oxunma sayı: 5132

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədova yeni vəzifə verilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə o öz sosial şəbəkə hesabında yazıb. Qeyd edib ki, şirkətdə aparılan struktur dəyişiklikləri çərçivəsində SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub. 

İ. Əhmədovun sözlərinə görə, işi SOCAR Qrupunun korporativ kommunikasiya fəaliyyətlərinə nəzarət, təşkili və koordinasiyası ilə bağlıdır. O əlavə edib ki, eyni zamanda mətbuat katibi funksiyasını icra edəcək.