Mayın 9-da beyin ölümü gerçəkləşən türkiyəli müğənni İbrahim Erkal bu gün dünyasını dəyişib.
“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə vaxtı ilə saat 22:10-da Erkalın ürəyinin də fəaliyyəti dayanıb.
Xatırladaq ki, mayın 9-da İ. Erkalın öldüyü xəbəri yayılsa da, daha sonra sənətçinin həkimi Necdar Sağlam açıqlama verərək onun beyninin öldüyünü, lakin aparata qoşulduğunu və ürəyinin, eləcə də digər orqanlarının çalışdığını bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər