İbrahim Kalın Blinkenin müavini ilə Qarabağı müzakirə etdi

ibrahim-kalin-blinkenin-muavini-ile-qarabagi-muzakire-etdi
Oxunma sayı: 1412

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ dövlət katibinin müavini Vendi Şermanla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr və regional məsələlər geniş müzakirə edilib.

Görüşdə tərəflər Dağlıq Qarabağda sülh və sabitliyin təmin olunması üçün birgə çalışmalara davam edilməsinin zəruriliyini vurğulayıblar.

Eyni zamanda, Əfqanıstan, Suriya, Liviya və Ukraynadakı vəziyyətdə gündəmdə olub.