İbrahim Kalın Sallivanla regional məsələləri müzakirə etdi

İbrahim Kalın Sallivanla regional məsələləri müzakirə etdi
Oxunma sayı: 556

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emili Hornun yazılı bəyanatında yer alıb.

Tərəflər söhbət zamanı Rusiya ilə diplomatik əlaqələr, eləcə də “Rusiyanın Ukraynaya qarşı təcavüzü”nün qarşısını almaq istiqamətində birgə səyləri müzakirə ediblər. Bununla yanaşı, regional məsələlər, xüsusən də Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönələn səylər barədə fikir mübadiləsi aparılıb.