"Qafqazinfo” xəbər verir ki, təcrübəli qapıçının Ağdam klubunda xoş təsir bağışlaması onun yenidən ölkəsinin millisinə çağırlması ilə nəticələnəcək.
Bunu Bosniya və Herseqovina millisinin yeni baş məşqçisi Mehmet Bazdareviç "Sportavaz" qəzetinə verdiyi müsahibə zamanı deyib. Bosniyalı həmkarımızın baş məşqçiyə ünvanladığı "Qapıda kimə güvənəcəksiz, Şehiç yenidən milliyə gələ bilərmi" sualını Bazdareviç "O, ən real namizəddi" deyə cavablandırıb. Buna görə də AÇ-2016-nın seçmə mərhələsinin mart ayında baş tutacaq oyunlarında Şehiçi Bosniya və Herseqovina millisində görməyimiz mümkündü. Maraq üçün bildirək ki, rəsmi heyət martın ortalarında açıqlanacaq.
Son xəbərlər
Son Xəbərlər