İbrahim Şehiç Türkiyəyə transfer oldu

ibrahim-sehic-turkiyeye-transfer-oldu
Oxunma sayı: 4619

“Qarabağ”dan ayrılan İbrahim Şehiç karyerasını Türkiyədə davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı qapıçı bu mövsüm Super Liqaya vəsiqə qazanan “Ərzurum Bələdiyəspor”a transfer olub.

Tərəflər arasında 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.