İbrahim Tatlısəs deputat olmaq istəyir- - Foto

ibrahim-tatlises-deputat-olmaq-isteyir-
Oxunma sayı: 1516


“Qafqazinfo”nun məlumatına görə, musavat.com “İhlas” agentliyinə istinadən xəbər verir ki, o, bu planını sosial şəbəkə vasitəsilə açıqlayıb.

2011-ci ildə də millət vəkili olmaq istəyən İbrahim Tatlısəs uğradığı silahlı hücumdan sonra bu fikrindən imtina etmişdi. Amma, o, millət vəkilliyi sevdasından vaz keçməyib. “İnstagram”da qızının fotosunu paylaşan İbrahim Tatlısəs Elif Ada üçün millət vəkili olmaq istədiyini yazıb:

“Bu dəfə məni heç kim vəkillikdən vaz keçirə bilməyəcək. Çünki, bunu qızım Elif Ada üçüm istəyirəm. Həmyerlilərimin yanımda olduğunu bilirəm. Amerikadan qayıdan kimi inşallah çalışmalara başlayacağam. Sevənlərimlə paylaşmaq istədim. Bu saatdan sonra xidmətdə sərhəd yoxdur. Sayqılarla, yeni vəkil namizədiniz, şanlıurfalı İbrahim Tatlısəs”.